"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxurda növbəti ağacəkmə aksiyası

--2018-11-10 / 17:50

Bu gün Suraxanı rayon Qaraçuxur qəsəbəsində Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Suraxanı RiH-in müvafiq qurum əməkdaşlarının, o cümlədən Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin 30 nəfər üzv və qulluqçularının qatıldığı aksiyada 300-yə yaxın ağac əkilib.

Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində Qaraçuxur bələdiyyəsinin abadlaşdırdığı ərazidə həyata keçirilən aksiyada əsasən “küknar” ağacları əkilib.

Belediyye.infoya daxil olan məlumata görə, rayonda ağacəkmə aksiyası bundan sonrada davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR