sorğu
Qaraçuxur qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. Bu barədə məlumat Qaraçuxur bələdiyyəsindən daxil olub.
Məlumatda bildirilir ki, Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir. Suraxanı rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində keçirilib. Qaraçuxur bələdiyyəsinin üzvlərinin və bələdiyyə qulluqçularının yaxından iştirakıyla keçirilən aksiyada əvvəlcə ərazidə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və sonra 500-dən artıq zeytun, 150 ədəd sərv ağacı əkilmişdir.
Qəsəbədə ağacəkmə aksiyasının davam etdiriləcəyi bildirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|