"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxurda “Yerli Demokratiya Həftəsi"nə start verildi

--2017-10-30 / 19:37

Belediyye.infoya daxil olan məlumata görə, Suraxanı rayon Qaraçuxur bələdiyyəsində bələdiyyə üzvləri və qulluqçularının  iştirakıyla görüş keçirilib.

Görüşdə bələdiyyə sədri ixtiyar Nəcəfov “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyətindən danışaraq bələdiyyənin həyata keçirəcəyi layihələrdən danışıb. Görüşdə  həmçinin  bələdiyyə iclasında “Yerli Demokratiya Həftəsi” çərçivəsində  görüləcək işlərin icra prosesi müzakirə edilib.

Bələdiyyədən daxil olan məlumata görə,  iclasda Qaraçuxur bələdiyyəsinin həftə ərzində keçirəcəyi səyyar görüşlərin qrafiki  də təsdiq edilib.

Belediyye.info

ŞƏRHLƏR