L Ö K B A T A N B ə L ə D I Y Y ə S I
| Lökbatan bələdiyyəsi | Sədr | Namizəd ismayılov | 445-05-09 |
| Müavin | Murad əliyev | 445-98-35 | |
| Müavin | Səbinə Süleymanova | 445-98-35 |
Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi və şəhər tipli qəsəbəsidir. Qəsəbə Azərbaycanın plaçıq vulkanının Qaradağ ərazisini təşkil edir. 18 güclü vulkan olmuşdur. Son dəfə vulkan 2001-ci ildə qeydə alınıb.
Lökabtan adının yaranma tarixi Xoca Həsən və Sənqəçal arasında olan karvan yolunun olması ilə bağlıdır, yəni indiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvə batağlığa batıb. Ona görə də Lök-Batan adı yaranıb.
Qəsəbənin ərazisi 1931—32-ci illərdə 45 saylı neft quyusunun fontanı (1934-cü ildə) ilə əlaqədar qoyulub. Həmindövrdə neftlə əlaqədar indiki S.Orucov küçəsində olan qamış evlərin yaşayış massivinin əsası qoyulub. Həmin dövrdə ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib məskunlaşmışdır.
S A H i L B ə L ə D I Y Y ə S I
| Sahil bələdiyyəsi | Sədr | Elçin Quliyev | 446-65-20 |
| Müavin | Hikmət Orucov | 446-55-20 | |
| Müavin | Fərid əliyev | 446-55-20 |
Sahil qəsəbəsi rayonun ikinci böyük qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949- cu ildə Sement zavodunun tikintisi ilə əlaqədar olmuşdur. Belə ki, Keşlə qəsəbəsində yerləşən Sement zavodu şəhərin mərkəzinə yaxın olduğundan qərara alınmışdır ki, bu zavod Qaradağ dəmir yolu stansiyasının yaxınlığına köçürülsün. Zavodun tikintisi və gələcəkdə fəaliyyət göstərməsi ilə əlaqədar dənizin kənarında ilk evlər tikilmişdir.
Sahil qəsəbəsində 1949- cu ilə qədər balıq vətəgəsi olub. 1949- cu ildə əsası qoyulmuş Sement zavodunun 1951- ci ildə 1- ci və 2- ci texnoloji xətt işə düşüb. Qəsəbənin təşkil olunduğu taix 1951- 52- ci illərdir.
P U T A B ə L ə D I Y Y ə S I
| Puta bələdiyyəsi | Sədr | Lalə Məhərrəmova | 545-86-77 |
| Müavin | Anar Zeynalov | 545-86-77 |
Qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cü illərdə sənaye mərkəzi olmuşdur. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur.
K O R G Ö Z B ə L ə D I Y Y ə S I
| Korgöz bələdiyyəsi | Sədr | Rövşən əbdülbağıyev | 545-96-00 |
| Müavin | Tural Heydərov | 545-96-00 |
Qədim quş (Kərgəz) və ya qadın (Gülgəz) adı mənasını daşıyan Korgöz qəsəbəsinin indiki ərazisində neftin çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932-33-cü illərdə burada neftçilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye idarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgöz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.
Q I Z I L D A ş B ə L ə D I Y Y ə S I
| Qızıldaş bələdiyyəsi | Sədr | idris Alışanov | 545-53-00 |
| Müavin | Fərid Tağıyev | 545-53-00 |
Qızıldaş qəsəbəsinin bünövrəsi 1945-46-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft idarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır. 1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.
Ü M i D B ə L ə D I Y Y ə S I
| Ümid bələdiyyəsi | Sədr | Asya Camalova | 446-70-02 |
| Müavin | isif şahsuvarov | 446-70-02 |
Qəsəbənin əsasını Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin təşəbbüsü və bilavasitə köməkliyi ilə qaçqın və məcburi köçkün soydaşlarımız üçün 1999-cu ildə tikilmiş 110 mənzil təşkili etmişdir. sonra Qaradağ Sement zavodunun işçiləri üçün bir sıra evlər tikilmişdir. Qəsəbədə həm qaçqın, həm də yerli sakinlər yaşayır.
Azərbaycan Respublikasının Prezidentinin 5 iyul 2000-ci il tarixli “Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” AR-nın qanununa əsasən Ümid qəsəbəsi mərkəz olmaqla Ümid qəsəbə inzibati ərazi vahidliyi yaradılmışdır.
S ə N Q ə Ç A L B ə L ə D I Y Y ə S I
| Səngəçal bələdiyyəsi | Sədr | şəlalə Bədəlova | 544-77-61 |
| Müavin | Faiq Abdullayev | 544-77-75 | |
1936-37-ci illərdə qəsəbədə dəmir yolu stansiyası fəaliyyət göstərmişdir. Barak formasında 3 ədəd ev tikilmiş, burada dəmiryolçular yaşamışlar. Müharibədən əvvəl burada kiçik balıqçılar zavodu olmuş, yerli sakinlərin əksəriyyəti burada işləmişlər.
müharibədən sonra hərbi əsirlər üçün baraklar tikilmiş və orada hərbi əsirlər yaşamışlar. Müharibədən sonra iki yerdə hərbi hissələr salınmış, hərbiçilər üçün hərbi şəhərcik tikilmişdir. 1940-cı illərin sonlarından başlayaraq ətraf yerlərdən bura köçüb gələnlər artmışdır.
Ç E Y I L D A Äž B ə L ə D I Y Y ə S I
| Çeyildağ bələdiyyəsi | Sədr | Vasif Zaliyev | 446-81-01 |
| Müavin | Lalə Cavadova | 446-81-01 |
Yaxınlıqda yerləşən dağın adını daşıyan Çeyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı yaradılmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.
Q O B U S T A N B ə L ə D I Y Y ə S I
| Qobustan bələdiyyəsi | Sədr | Mahmud Zərbəliyev | 544-61-10 |
| Müavin | Ramin Abdullayev | 544-40-10 |
Duvannı stansiyası 1893-94-cü illərdə yaranıb. 1901-05-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft yollanıb. 1935-37-ci illərdə ilk dəfə Duvannıda ilk kəşfiyyat neft buruğu işə salınıb.
1945-49-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub.
1950-54-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, ələt, Atbulaq qəsəbələri olmaqla).
1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.
Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - “Daş dövrü”nə təsadüf edir.
ə L ə T B ə L ə D I Y Y ə S I
| ələt bələdiyyəsi | Sədr | Azad Musayev | 544-15-66 |
| Müavin | Samir Səlimov | 544-15-66 | |
| Müavin | Naidə Məmmədova | 544-15-66 |
Toponim kimi dənizdən görünən yer mənasını daşıyan ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881-1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cü illərdə tikilən Bakı-irəvan dəmir yolları ələt qəsəbəsinin ərazisindən keçir.ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-ələt və Yeni ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır.ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir
M Ü ş F I Q A B A D B ə L ə D I Y Y ə S I
| Müşfiqabad bələdiyyəsi | Sədr | Vüqar əliyev | 410-75-00 |
| Müavin | Fazil Orucov | 410-75-00 |
Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır.