Qaradağ rayonu Sahil bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında hesabatı.
Azərbaycan Prezidenti cənab ilham əliyev 18 illik hakimiyyəti dövründə tarixi işlərə imza atıb və bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. Məhz onun diqqət və qayğısı nəticəsində Bakı şəhəri və onun ətraf qəsəbələri bu gün yüksəliş dövrünü yaşayır. şanlı Zəfərdən sonra Qarabağ və şərqi Zəngəzurda başlanmış işlərin davam etdirilməsi onu göstərir ki, Prezident ilham əliyevin yürütdüyü məqsədyönlü islahatlar kursu hər bir ölkə vətəndaşının yüksək rifah halının təmin olunmasına yönəldilib.
2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili şuşa ili elan edilmişdir.
Hörmətli toplantı iştirakçıları!
44 günlük II Qarabağ müharibəsində Sahil qəsəbəsi 6 şəhid vermişdir.
Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimlərində, ad günlərində, 27 sentyabr şəhidlərimizin “Anım günü”ndə Sahil bələdiyyəsi üzvləri və qulluqçuları iştirak etmiş, şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri yad edilmiş, şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanmışdır.
Ötən dövr ərzində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılmış, bayram günlərində onların ailələrinə baş çəkilmişdir.
Hesabat dövrünün əvvəlində bələdiyyənin iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən 16 ümumi iclas keçirilərək 31 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi Sahil qəsəbəsində də mərhələli şəkildə davam etdirilir.Sahil bələdiyyəsi qulluqçuları mütəmadi olaraq qəsəbə sakinləri arasında COVID-19 xəstəliyi əleyhinə təbliğat aparır və əhalinin maarifləndirilməsində yaxından iştirak edir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Vergi ödəyicilərinə vergilərin yığılması zamanı mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsumlar və vergilər haqqında məlumat hər gün təhlil edilir. Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 100 binada 4577 ev təsərrüfatı mövcuddur.
Hesabat dövründə bələdiyyə büdcəsinə əmlak, torpaq , mədən vergisi və dövlət büdcəsindən dotasiya ilə birlikdə cəmi 101950 manat vəsait daxil olmuşdur.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir:
əmək haqqına-57.968,46 manat, iTS-769,74 manat, bələdiyyəni saxlanması və kommunal ,kommunikasiya xidmətləri üçün -8207.65 manat , MDSS-15.374,64 manat,Bələdiyyələrə online xidmət MMC-yə 3% ayırmalar üzrə-2765 manat ödənişlər,əmlak reyest xidmətinə -238.00 manat, Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasına əvvəlki illərdən qalan borc -4050 manat, “Zəfər bayramı” ilə əlaqədar olaraq 864.00 manat, şəhid ailəsinə -1000 manat , ərizə ilə müraciət edən aztəminatlı ailələrə -550 manat maddi yardım köməklik olunmuşdur.
“Zəfər bayramı “ ərəfəsində şəhid ailələrinə elektrik əşyalar təqdim edilmiş, ərzaq yardımı verilmişdir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbəsinə 30 şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Sahil bələdiyyəsinə vətəndaşlar tərəfindən 239 nəfər şifahi, 29 nəfər yazılı müraciət etmişdir. Bunlar torpaq, maddi yardım , əmək məsələləri,maddi yardım ilə bağlıdır. Bu şikayətlərə vaxtlı-vaxtında baxılmış və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan 110 məktub daxil olmuş , qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə paylanılıb.
Hesabat dövründə bələdiyyə sədri tərəfindən 254 nəfər fərdi şəkildə qəbul edilib. Rəsmi qəbuldan əlavə gələnlər isə daha çoxdur.
Bələdiyyədə il ərzində 80 nəfər hərbi qulluqçunun məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.
Sahil bələdiyyəsi bundan sonra da öz işini günü tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcəyik.
Qaradağ rayon Sahil Bələdiyyəsinin illik hesabatı inzibati ərazimizdə yaşayan vətəndaşlara elan, bülleten, internet saytı , media orqanları və.s vasitələri ilə çatdırılacaqdır.
Qaradağ rayon Sahil Bələdiyyəsi