"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaradağda ağacəkmə aksiyası keçirilib

--2018-05-07 / 15:22

Qaradağ Rayon icra Hakimiyyəti IDEA ictimai Birliyi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Qaradağ Rayon icra Hakimiyyəti IDEA ictimai Birliyi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) qarşısında, Bakı – ələt (Astara) magistral yolunun kənarında, ələt, Qobustan, Sanqaçal, Ümid, Sahil və digər qəsəbələrdə iki min ağac əkilmişdir.

Aksiya zamanı ərazidə eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət iki minə bitki əkilib, onlara qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılıb.

Qeyd edək ki, hazırda Qaradağ rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti ilham əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Bundan başqa Heydər əliyev Fondunun və iDEA ictimai Birliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin ölkəmizdə yaşıllıqların artırılmasında, mövcud yaşıllıq sahələrinin qorunmasında mühüm rolu var.

Belediyye.info

ŞƏRHLƏR