"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaradağda aztəminatlı ailələrə yardım edilib

--2017-12-27 / 10:21

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilib.

Tədbirdə Qaradağ Rayon icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edib. Bu barədə məlumatı Qaradağ RiH yayıb.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon icra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edən hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Azərbaycan xalqının ümummilli lideri Heydər əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərinin danılmaz olduğunu bildirdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etdi. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı, imtiyazlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulayıb.

Daha sonra çıxış edən rayon ictimaiyyət nümayəndələri onlara hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən 3800 ailəyə ərzaq yardımı verilib.

Belediyye.info

ŞƏRHLƏR