sorğu
Bu gün şəmkir rayonunun Qaralar kəndinə təbii qaz verilib. Bu münasibətlə kənddə keçirilən tədbirdə rayon icra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, şəmkir rayon icra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən şəmkir rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illər rayonda icra olunan irimiqyaslı layihələrdən, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Bu barədə məlumatı şəmkir RiH yayıb.
Mərasimdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.
Belediyye.info