"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsi görüş keçirib

--2018-09-20 / 15:52

Qax bələdiyyəsi ümumtəhsil məktəblərinin fəaliyyətinə, təhsilin inkişafına həmişə diqqətlə yanaşır. Təsadüfi deyildir ki, hər il olduğu kimi bu il də Qax bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunlarla rayonun çoxsaylı təhsil ictimaiyyətinin nümayəndələri və rayonun kənd bələdiyyələrinin iştirakı ilə görüş keçirilmişdir. Bu barədə məlumatı Qax bələdiyyəsi yayıb.

Heydər əliyev Mərkəzində təşkil edilmiş tədbirdə çıxış edən Qax bələdiyyəsinin sədri E.Orucov və digərləri cəmiyyətin inkişafında təhsilin rolundan, rayonumuzun təhsil işçilərinin uğurlarından söz açmış, yüksək nəticələr əldə edərək tələbə adını qazanmış məzunları təbrik etmişlər. Məzunlar diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Sonda bələdiyyələr tərəfindən 22 nəfər 600-dən çox bal toplayan, tələbə adını qazanan məzun mükafatlandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR