Oktyabrın 10-da Qax bələdiyyəsinin kuboku uğrunda futbol üzrə rayon birinciliyinin startı verilib.
AZəRTAC xəbər verir ki, rayon Gənclər və idman idarəsinin və Qax bələdiyyə şurasının birgə təşkilatçılığı ilə şəhər stadionunda keçirilən birincilikdə 12 komanda mübarizə aparır.
ənənəvi olaraq hər il təşkil edilən birincilik rayonda futbolun kütləviliyinin daha da artırılmasına nail olmaq, perspektivli futbolçuları aşkara çıxararaq rayonun futbol üzrə yığma komandasını komplektləşdirmək məqsədi daşıyır.
Birinciliyin ilk oyununda Qax şəhər və Tasmalı kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Oyun 7-1 hesabı ilə şəhər bələdiyyəsi komandasının xeyrinə başa çatıb.
Rayon birinciliyinə noyabrın 11-də yekun vurulacaq. Qalib komandalar mükafatlandırılacaqlar.