"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsinin kuboku uğrunda futbol turnirində 12 komanda mübarizə aparıb

--2017-10-29 / 13:41

Qax şəhər stadionunda bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub. Oktyabrın əvvəlində start götürən turnirdə 12 komanda mübarizə aparıb.

AZəRTAC xəbər verir ki, oktyabrın 28-də keçirilən final oyununda Çüdüllü və Marsan kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən Çüdüllü kəndinin komandası yarışın qalibi olub. Turaclı kənd bələdiyyəsinin komandası üçüncü yeri tutub.

Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.

 https://azertag.az/xeber/1106931

ŞƏRHLƏR