Qax rayonunda formalaşan 18 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 577.900 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 18 faiz azalma deməkdir.
əldə edilən vəsaitin isə 47.9 faizi yəni (285.400 manat) bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub.
Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Qax rayonunda formalaşan 18 bələdiyyə 45.900 manatlıq əmlak vergisi, 187.700 manatlıq torpaq vergisi, 6.100 manatlıq mədən vergisi toplaya biliblər.
Təəssüf ki, il ərzində reklam vergisi, dayanacaq rüsumu, mehmanxanalardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.
Qeyd edək ki, il ərzində 40.500 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 1300 manat olub
Qax bələdiyyələri əldə etdikləri qazancın 58.0 faizini, yəni 346.000 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 9 faizini isə 53800 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.
Belediyye.info