"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaxda bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə start verilib

--2016-10-11 / 20:33

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar Qax şəhər stadionunda bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə start verilib.

AZəRTAC xəbər verir ki, rayon Gənclər və idman idarəsinin və Bələdiyyə şurasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 12 komanda iştirak edir.

Yarışlara oktyabrın 25-də yekun vurulacaq. Qalib komandalar kubok, diplom və medallarla mükafatlandırılacaq.

http://azertag.az/xeber/1000506

ŞƏRHLƏR