Bu gün Qax şəhərində ABş-ın Beynəlxalq inkişaf Agentliyi (USAiD) tərəfindən maliyyələşdirilən Qadın iştirakçılığı Proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın iştirakçılığının gücləndirilməsi: fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.
“El Resort” otelinin konfrans zalında keçirilən tədbirdə USAID-in Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, Bələdiyyələrin Milli Assosiasiyasının, yerli və beynəlxalq təşkilatların nümayəndələri, şəki-Zaqatala bölgəsi rayonlarından olan bələdiyyə üzvləri, hökumət və yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və KiV təmsilçilərinin nümayəndələri iştirak ediblər.
Konfransı layihənin əlaqələndiricisi “Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda” ictimai Birliyinin sədri Lyudmila Xəlilova açaraq "Qadın iştirakçılığı Proqramı"nın Azərbaycan qadınlarının statusunun yaxşılaşdırılması, onların qərar qəbulu prosesinə cəlb edilməsi məqsədi daşıyan bir layihə olduğunu diqqətə çatdırıb..
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında qadın təşəbbüslərinin və qadınların qərar qəbulu prosesində iştirakının dəstəklənməsində ABş Və Azərbaycan Hökuməti arasında dialoqun mövcud olduğunu vurğulayıb.
Qax Rayon icra Hakimiyyətinin başçısı Musa şəkiliyev rayonda son bələdiyyə seçkilərinin nəticələrini təqdim edərək bu qurumlara qadınların xeyli maraq göstərdiyini bildirib.
Konfransda çıxış edən USAiD –nin Azərbaycandakı missiyasınmın Demokratyia və idarəetmıə şöbəsinin müdiri Kristofer şiffer cəmiyyətin və demokratiyanın gücləndirilməsində vacib olan qərar qəbulu prosesində qadınların bərabər iştirakçılığının mühüm rolu olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin gender bərabərliyində atdığı addımları müsbət dəyərləndrərək konfransın əməkdaşlıq əlaqələrinin inkişafında mühüm əhəmiyət kəsb etdiyi bildirib.
Tədbirdə çıxış edən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin baş məsləhətçisi Gadir Xəlilov yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyindən danışaraq, sonuncu seçki prosesində bu orqanlara marağın xeyli artıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Kounterpart internasional” təşkilatının Azərbaycan üzrə direktoru ilqar Ağasıyev həyata keçirdikləri layihənin gedişi barəsində tədbir iştirakçılarına geniş məlumat verib.
Müzakirə edilən mövzular ətrafında ciddi fikir mübadiləsi aparılıb. Tədbir iştiakçıları yekunda bir sıra təkliflərin müzakirə edildikdən sonra tövsiyyə olaraq hökumətə göndərilməsi qərara alınıb.
USAiD –in dəstəklədiyi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində Kounterpart internasional təşkilatının icra etdiyi layihə qərar qəbul etmə proseində qadin iştirakçılğının artırılması məqsədi daşıyır.
Belediyye.info