"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qazanılmış nailiyyətlərə öz töhfəmizi qatmaq üçün səylərimizi əsirgəmirik

--2019-01-29 / 09:51

Respublikamızın hər yerində fəaliyyət Proqramına   çevrilmiş, cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş Regionların sosial iqtisadi inkişaf proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində rayonumuzda ciddi işlər aparılır. Mövcud problemlərin çatışmamazlıqların aradan qaldırılması üçün   tədbirlər görülür.

Bu gün   biz   Rayon   icra   Hakimiyyəti başçısının Qusar   şəhər inzibati ərazisi üzrə Nümayəndəliklə birgə doğma   şəhərimizin daha da gözəl, təmiz görünməsi, yaşayan sakinlərin və gələn qonaqlarımızın yaşayışının   və onların   istirahətlərinin mənalı keçirilməsini   təmin   etmək üçün bütün mövcud imkanlardan istifadə   etməyə çalışırıq.

Bütün   dünyada maliyyə   və iqtiasadi böhranın hökm sürdüyü bir vaxtda rayonun sosial-iqtisadi inkişafında nailiyyətlərin qazanılması   bizi sevindirir və hər birimizdə işlədiyi sahədə yeni-yeni müvəffəqiyyətlərin əldə edilməsi üçün məsuliyyəti artırır. Bütün bu uğurların reallaşması, şübhəsiz ki,rayon rəhbərliyinin sosial-iqtisadi inkişafı təmin edən dövlət proqramlarının ardıcıl və demokratik surətdə həyata keçirilməsi nəticəsində olmuşdur.

Biz   şəhər   bələdiyyəsi olaraq, rayonda qazanılmış nailiyyətlərə öz töhfəmizi qatmaq üçün səylərimizi əsirgəməmişik.

Bələdiyyələrin gələcək fəaliyyətinin səmərəli təşkil edilməsini təmin etmək məqsədi ilə daimi komissiyalar yaradılaraq,əməli işlərin aparılması üçün tədbirlər görülür.şəhər bələdiyyəsi   olaraq   biz   fəaliyyətimiz dövründə maksimum   dərəcədə   əhalinin   sosial şəraitinin yaxşılaşdırılmasına, onların   şəhərin xidmət təşkilatları tərəfindən göstərilən xidmətlərin yüksək səviyyədə təşkil edilməsinə çalışırıq. Bələdiyyə üzvləri mütəmadi olaraq şəhər ictimaiyyəti ilə birgə işin   qurulmasını təmin etmək üçün   çalışmışdır.

Fəaliyyətimizi   şəhər    sakinlərinin   firavan   həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik.

şəhərimizdə görüləcək işlərimiz çoxdur. Biz əsasən yeni salınmış məhəllələrdə   yolların çəkilişinə, su və kanalizasiya xətlərinin qurulmasına, qaz və elektrik   xəttləri ilə təmin   edilməsinə   diqqətimizi artıracayıq.

il ərzində bələdiyyəyə rəsmi orqanlardan 404 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 47-si şəhər icra Hakimiyyətindən, 155-i Qusar rayon icra şöbəsindən,31-i idarə və təşkilatlardan, 171-i şəhər sakinləri tərəfindən göndərilib. Sənəd və məktublara müvafiq qaydada baxılıb,cavablar göndərilib.

il ərzində 920 nəfər fərdi şəkildə qəbul edilib.Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapıb. Həmçinin bələdiyyədə 67 nəfər hərbiçinin gəlmə-getmə qeydiyyatı aparılmışdır.

Biz   çalışacayıq ki, şəhərimizin   əlaqədar təşkilatları, idarə və müəssisələri ilə birgə   əlaqəli işimizi   quraq doğma   şəhərimizdə aparılan   quruculuq   , abadlıq   işlərinin geniş vüsət almasına   nail olaq.

Qusar bələdiyyəsi  2018-ci ildə 14 iclas   çağırıb. Bu iclaslarda bələdiyyə üzvləri     bütün   məsələlərin   müzakirəsində yaxından   iştirak etmişdir. Bu   dövrdə   bələdiyyə   mədəni-kütləvi   tədbirlərin Novruz Bayram   el şənliklərinin və   1 iyun - Uşaqların   Müdafiəsi günü tədbirlərin həyata keçirilməsində   yaxından   iştirak etmişdir. Yeni   il   bayramı   ilə əlaqədar mərkəzi meydanda, bayraq meydanında, uşaq əyləncə mərkəzində yeni il yolkaları   bəzədilmişdir.

Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vaciblisi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, tikinti materialları, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilmişdir.

Sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb, həmin siyahıya əsasən bayramlar ərəfəsində ərzaq bağlamaları paylanılmışdır.

Novruz   Bayramı   münasibəti ilə   Qarabağ   müharibəsi əlillərinə və imkansız - cəmi 80   ailələyə bayram   töfhələri   paylanmışdır. Ramazan   və Qurban   bayramları   münasibətilə   imkansız, əlil   və aztəminatlı ailəyə   - cəmi 180   bayram   sovqatları paylanmış. 8 ailəyə   dənf   xərclərində yardım edilmişdir. 14   aztəminatlı ailələrə   maddi   yardımlar edilmişdir.

Yüksək   nailiyyətləri   ilə seçilən  idmançılara pul   mükafatları verilmişdir  

Bu il müddətində Qusar bələdiyyəsi   tərəfindən   bir   sıra abadlıq-quruculuq, təmir-tikinti işləri aparılmışdır.  

-    Milli Qəhrəman Çingiz Qurbanovun barelyefin hazırlanması

-    L.Nemət küçəsinə düşən pilləkanlar təmir  edilmişdir.

-    Piroğlanov,K.Kərimov,L.Nemət və Ləzgitsev küçələrinə 400 kub metr çınqıl döşənərək, yayılmışdır.

-    şəhərin Z.Tağıyev küçəsindən Yaşıl təpə massivinə qalxan küçəyə çınqıl daşınaraq, yayılıb və hamarlanmışdır.

-    şəhər qəbristanlığının dəmir çərçivələri rənglənmişdir.

-    Qusar şəhərininin Heydər əliyev prospektində   şam ağacları əkilmişdir.

-    Uşaq əyləncə Mərkəzində təmir-tikinti işləri aparılmış. Su təchizatı yenidən quraşdırılmış, işıqlandırma sistemi yenilənmişdir və ağaclar əkilmişdir.

-    Balaqusar və Çiləgir yollarında   təmizlik   və əhəngləmə işləri aparılmışdır.

-    Azadlıq küçəsindəki pannonun   şəkilləri yeniləri əvəz   edilmişdir.

-    Qayakənd   kənd   küçələrinə çığıl   daşınmış   və   yayılmışdır.

-    Qayakənd məktəbində su nasosu və su xəttini yenisi ilə əvəz olunmuşdur.

-    Qayakənd körpüsünü təmir edilmişdir

-    Qusar şəhərinin T.ismayılov küçəsindən E.ibrahimova küçəsinə düşən pilləkanlar əssaslı təmir edilmişdir.

-    Mərkəzi parkda M.Vəliyevin abidəsi, F.Musayev küçəsində M.Y.Lermontovun abidələrini təmir edilmişdir.

-    Səfixanov küçəsində 50 P/M su arxı çəkilmişdir.

-    idman Kompleksinin yanından 160 metr uzunluğunda yeni yol salınmışdır.

-    Tağıyev   küçəsində uşaqlar üçün əyləncə   artaksionları, günlük quraşdırılmışdır

-    Qusar şəhərinə giriş kompleksində pannodakı lövhə şəkilləri yeniləri ilə əvəz edilmişdir.

-    E.ibrahimova küçəsində dəmir hasarlar təmir edilmiş, hasarları rənglənmiş və yol boyu ağaclar əkilmişdir.

-    F.Musayev küçəsində abadlıq-quruculuq işləri aparılmış, küçə divarları yağlı boya ilə rənglənmişdir,

-    Heydər əliyev prospektində yanacaq doldurma məntəqəsinin yanından E.ibrahimova küçəsinə düşən 112 pilləli   pilləkan tikilərək sakinlərin istifadəsinə verilmişdir.

-    şəhərin   mərkəzi meydanında və   çayın sol sahilində yerləşən Veteranlar evlərinin   qaz     abunə   haqları   mütəmadi     olaraq ödənilmişdir.

-    şəhərdə   qanunsuz olaraq   zəbt   edilmiş   torpaq   sahələri geri qaytarılaraq 1 şəhid ailəsinə, 1 Qarabağ   müharibəsi əlilinə və 2 aztəminatlı   ailəyə   yaşayış evlərinin   tikintisi   üçün   torpaq   sahələri ayrılmışdır.

2019-ci ildə bələdiyyə tərəfindən görüləcək işlərin geniş planı hazırlanmışdır.

Biz   görülmüş   işləri   sadalamaqla  kifayətlənməməliyik. Acıq etiraf etməliyik ki, şəhərimizin problemləri mövcuddur. Görülmüş   işlərə nəzər   yetirməklə mövcud problemlərin aradan   qaldırılması üçün   yollar axtarmalıyıq. Biz çalışmalıyıq ki,   bu istiqamətdə öz işimizi şəhər   nümayəndəliyi ilə birgə quraq, şəhər   ictimaiyyətinin   köməyinə arxalanmaqla doğma Qusarımızın abadlaşdırılmasına, əhalinin yaşayış   səviyyəsinin yüksəlməsinə   yönəldilmiş   tədbirlərin   həyata keçirilməsində rayon icra   hakimiyyətinin bu istiqamətdə apardığı geniş   miqyaslı işlərə öz töhfəmizi verək.

əlfəddin ibrahimov

Qusar bələdiyyəsinin sədri

ŞƏRHLƏR