Qazax bələdiyyələri ötən il rekorda imaz atıblar. Belə ki, ölkə rayon bələdiyyələri arasında 2016-cı illə müqayisədə ən çox büdcə gəlirləri məhz Qazax rayon bələdiyyələrinə aid olub.
Qeyd edək ki, ötən ildə birincilik Daşkəsən bələdiyyələri qazanmışdı.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Qeyd edək ki, Qazax rayonunda formalaşan 17 bələdiyyənin illik qazancı 760.300 manat olub. Bu da 2016-cı illə müqayisədə 223.6 faiz artıq deməkdir.
Bu vəsaitin 8.6 faizi əmlak vergisindən, 9.2 faizi torpaq verfgisindən, 1.0 faizi mədən vergisindən, 35.9 faizi bələdiyyə əmlakının və torpağın özəlləşdirlməsindən, 34.0 faizi bələdiyyə əmlakının icarəyə verilməsindən, 4.0 faizi fiziki şəxslərin maliyyə yardımlarından daxil olub.
Bununla yanaşı 2017-ci ildə dotasiyanın həcmi 5.5 faiz təşkil edib.
Belediyye.info