"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qazax bələdiyyələri il ərzində bir milyon yarımlıq torpaq satıblar?

--2019-02-03 / 05:25

Qazax bələdiyyələri əldə etdikləri maliyyə vəsaitinin 82.5 faizini bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən əldə ediblər. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Belə ki, 2018-ci ildə rayonda formalaşdırılan 17 bələdiyyənin illik büdcə gəliri 2.009.200 manata olub ki, onunda 1.657.400 torpaq satışından daxil edilib.

Bələdiyyələr ötən il ərzində 59.800 manatlıq əmlak vergisi, 61.100 manatlıq torpaq vergisi, 3500 manatlıq mədən vergisi, 100 manatlıq reklam vergisi, 100 manatlıq dayancacaq rüsümu,104.600 manatlıq fiziki və hüququ şəxslərdən maliyyə yardımları daxil olub.

il ərzində 42.100 manat dövlət tərəfindən dotasiya ayrııb. 2017-ci illə müqayisədə bütün istqamətlərdən ödənişin həcmi azalsada torpaq satışından daxil olan ödənişin həcmi 334 faiz artıq olub.

Maraqlıdır ki, əldə edilən maliyyə vəsaitinin 1.555.200 manatını rayon bələdiyyələri mənzil-təssərüfat xərclərinə ayrıblar. Yerli özünüidarəetmə oranalrının saxlanmasına isə 118.200 yəni 17.9 faiz xərcləyiblər.

Qeyd edək ki, 2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 771.500 manat olmuşdu.

Belediyye.info  

ŞƏRHLƏR