"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qazax bələdiyyələri Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə maliyyə yardımı köçürüblər

--2023-02-27 / 14:39

Qazax rayonu bələdiyyələri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə maliyyə yardımı edib. Vəsait Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

Xanlıqlar bələdiyyəsi 100 manat, Aşağı Salahlı bələdiyyəsi 150 manat, Birinci şıxlı bələdiyyəsi, ikinci şıxlı bələdiyysi, Çaylı, Daş Salahlı və Kosalar bələdiyyəsi hər biri 200 manat, Orta Salahlı 300 manat, Yuxarı Salahlı 500 manat məbləğinbdə vəsaitini AFAD -on bank hesabına  köçürüblər.

Bu barədə məlumat adıçəkilən bələdiyyələrdən daxil olub.

Qazax bələdiyyələri də dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq bu çətin anda qardaş Türkiyəyə köməyini əsrgəmir.

Adıçəkilən bələdiyyələrin rəhbərliyi baş vermiş faciə nəticəsində Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir.

 Belediyye.info

ŞƏRHLƏR