Qazax bələdiyyəsinin büdcəsinə altı ay ərzində 155.353 manat maliyyə vəsati daxil olub. Bu barədə məlumatı Qazax bələdiyyəsinin sədri Tofiq Orucov verib.
Sədrin məlumatına görə, əldə edilən vəsaitin 86.400 manatı torpaq satışından, 30.837 manatı əmlak vergisindən, 8.141 manatı torpaq vergisindən, 2.490 manatı küçə reklamlarından, 1.400 manatı bələdiyyə əmlaknının icarəyə verilməsindən, 17.310 manatı könüllü yardımlardan 1.288 səyyarı ticarətdən, 482 manatı dayanacaqlardan daxil olub. Cari ildə Qazax bələdiyyəsinə dövlət tərəfindən 6.995 manat dotasiya ayrılıb.
Maraqlıdrı ki, Qazax bələdiyyəsi əldə etdiyi maliyyə vəsaitinin 74 min manatını şəhərdə aparılan abadlıq işlərinə xərcləyib. Ümumilikdə xərclərin 149 min manat olub.
Belediyye.info