Belediyye.infoya daxil olan məlumata görə, bir müddət əvvəl Qazax bələdiyyəsində sədr dəyişikliyi baş verib.
Sədr Oktay Məhərrəmov səhhətiylə əlaqədar vəzifəsini tərk edib. Bələdiyyə iclasında bələdiyyə üzvü olan Orucov Tofiq ibrahim oğlu bələdiyyə sədri seçilib.
Məlumatı Qazax bələdiyyəsinin yeni seçilmiş sədri T.Orucovda təsdiq edərək, dəyişikliyin yanvar ayında baş verdiyini və hazırda bələdiyyədə bütün işlərin öz axarında getdiyini dilə gətirib.
Bununla yanaşı Qazax rayon icra Hakmiyyətinin rəsmi intrenet resursunun yaydığı məlumata görə, rayonda formalaşn 17 bələdiyyənin dördünün sədri-Çaylı, Xanlıqlar, Agköynək-Qarapapaq, Orta Salahlı-Qazaxbəyli bələdiyyə sədrləri cari ildə bu və ya digər səbəbdən vəzifələrini tərk ediblər. Hazırda onların yerinə bələdiyyə iclaslarında yeniləri seçilib.
Belediyye.info