"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qazax RiH-in təmsilçiləri Litvada səfərdə olub

--2018-06-04 / 14:14

2018-ci il Litvanın 100 illiyi qeyd olunur. Bu münasibətlə 01–03 iyun 2018-ci il tarixlərində Trakay şəhərində “Trakay yayı - 2018” adlı bayram şənliyi keçirilmişdir. Bu barədə məluamtı Qazax RiH yayıb.

Bayram tədbirində Qazax Rayon icra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon icra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov və Rayon icra Hakimiyyəti başçısı aparatında məsləhətçi Səba Paşayeva iştirak etmişlər.

Nümayəndələr Trakay şəhərinin meri Edita Rudelene tərəfindən yüksək səviyyədə qarşılanmışlar. Rəsmi ziyafətdə Trakay şəhərinin meri Edita Rudelene geniş çıxış edərək qonaqları salamlamışdır. Hədiyyələr mübadiləsi zamanı nümayəndələrimiz Qazax xalçası, üzərində “Damcılı bulağı” və “Göyəzən dağı” əks olunmuş suvenirləri merə təqdim etmişlər.

P.S. Fotolar Goyezen.az saytina aiddr

Belediyye.info

 

ŞƏRHLƏR