Qazax şəhər Mədəniyyət mərkəzinnin akt zalında ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və şəmkir Regional şöbəsinin təşkilatçılığı ilə bələdiyyələrə seminar keçirilib. Qazax və Ağstafa bələdiyyələrinin iştirakıyla keçirilən tədbir “Bələdiyyələrin fəaliyyətinin təşkili və mühasibat sənədlərinin düzgün istiqamətdə tərtibi” mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə Qazax RiH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Məhəmməd Orucov açaraq bu cür tədbirlərin mahiyyəti və əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə ədliyyə Nazirliyinin şəmkir Regional şöbəsinin böyük məsləhətçisi Qara Muradov “Bələdiyyələrin fəaliyyətində arxiv işinin təşkili” mövzusunda, şöbənin birinci dərəcəli ədliyyə qulluqçusu Heydər əliyev “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzusunda, şöbənin ikinci dərəcəli ədliyyə qulluçusu Taryel Qəhrəmanov “Bələdiyyələrin nümunəvi reqlanmenti” mövzusunda, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təmsilçisi Zöhrab Fərəcov “Mühasibat sənədlərinin düzgün istiqamətdə tərtibi” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxış seminar iştirakçılarının marağına səbəb olmuş və bələdiyyə qulluqçularının maarifləndirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb etmişdir. Tədbirin sonunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparılaraq və onların maraqlandıran suallar cavablandırııb.
Belediyye.info
|
|
|
|
|
|