Belediyye.info Goyezen.az saytına istinadən xəbər verir ki, Qazax Rayon icra Hakimiyyətinin bilavasitə təşəbbüsü, yerli icra nümayəndələri və bələdiyyələrinin yaxından iştirakıyla Müqəddəs Qurban bayramı günlərdə bir sıra tədbirlər həyata keçirilib.
Bu tədbirlərdən biri də bayram günlərində rayon sakinlərin qəbristanlıqlarda əzizlərinin və doğmalarının, şəhidlərin əziz xatirəsini yad etmələridir.
ən təqdirəlayiq hal odur ki, rayon sakinləri dünyasını dəyişənlərin xatirələrini yad etməklə kifayətlənməyiblər.
Bayram günlərində rayonun bütün kəndlərindəki qəbristanlıqlarda iməcilik keçirilərək təmizlik işləri aparılıb, alaq otlarından təmizlənərək ərazilərdə səliqə-sahman yaradılıb.
Goyezen.az saytından daxil olan məlumata görə, bayramın sonuncu günlərində də iməcilik davam etdiriləcəkdir.
Belediyye.info
|
|
|
|
|
|