"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qazilər Mingəçevir bələdiyyəsinə niyə müraciət edib?

--2016-06-22 / 22:51

Mingəçevir bələdiyyəsinin yaydığı məlumata görə, Qarabağ Qaziləri ictimai Birliyinin Mingəçevir şəhər şöbəsinin idarə heyəti yeni ofislərinin təmiri üçün bələdiyyəyə müraciət edib.

Bələdiyyə iclasında müraciət müzakirə edilərək otağın təmir edilməsi qərara alınıb. Bələdiyyə tərəfindən otağın təmiri üçün lazım olan tikinti materialları alınaraq qazilərə verilib, habelə  otağa plastik pəncərə quraşdırılıb. Az vaxtda ofis təmir olunaraq  istifadə üçün hazır vəziyyətə gətirilib.

Bu gün keçirilən görüşdə qazilər görülən işlər üçün bələdiyyəyə minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR