Yasamal bələdiyyəsinin sədri və kollektivin üzvləri tərəfindən avqust ayında mütəmadi olaraq Vətən müharibəsi qaziləri ziyarət olunub. Ay ərzində qazi Fərhad Səfərov və Emin Babayev öz mənzillərində ziyarət olunub.
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Keçirilən hər bir görüşdə sədr Tahir Məmmədov Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətdən danışaraq, qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimizi ürəkdən təbrik edərək bu qələbədə Ali Baş Komandan ilham əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun xüsusilə qeyd edib.
Görüşdə Vətən müharibəsinin iştirakçıları döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından faktlarla danışıblar.
Sonda görüş iştirakçılarını narahat edən probelmlərdən danışılmış, həlli ilə bağlı addımlar atılmış və onlara bələdiyyə tərəfindən hazırlanan ərzaq yardımı təqdim edilmişdir.
Belediyye.info
|
|
|
|
|
|