Qəbələ rayonunda formalaşan 29 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 608.600 manat olub. Bu da 2017-ci illə müqayisədə 78.6 faiz artım deməkdir.
əldə edilən vəsaitin isə 21.8 faizi yəni (132.900 manat) bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.
Qəbələ bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 96400 manat olub ki, bu da ötən ilki rəqəmdən 15.4 faiz artıq deməkdir.
Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Qəbələ rayonunda formalaşan 29 bələdiyyə 25.800 manatlıq əmlak vergisi, 96.800 manatlıq torpaq vergisi toplaya biliblər.
il ərzində 11.000 manatlıq mədən vergisi, 251500 mehmanxana rüsumu toplaya biliblər. Qeyd edək ki, 2017 c illə müqayisədə mehmanxana rüsumu 28.9 dəfə çox, mədən vergisi 9.1 çox yığılıb.
Ancaq il ərzində dayanacaq rüsumu, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.
Qeyd edək ki, il ərzində 63500 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Qəbələ bələdiyyələri əldə etdikləri qazancın 56.8 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.
Belediyye.info