"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəbələ bələdiyyələri ötən il icarə haqlarının həcmini iki dəfə artıra bilib

--2020-07-26 / 17:12

Qəbələ rayonunda formalaşan 29 bələdiyyənin 2019-cu ildə illik büdcə gəlirinin həcmi 854.700 manat olub. Bu da 2018-ci illə müqayisədə büdcə gəlirlərində 40.4 faizədək artım deməkdir.

əldə edilən vəsaitin 195.900 manatı bələdiyyə torpağınn icarəsindən, 281.600 manatı bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olub. Bu istiqamətdəki gəlirlərin ümumilikdə büdcə gəlirlərində tutduğu yer 32.9 faiz olub. Onu da əlavə edək ki, hər iki istiqamətdə büdcə gəlirləri ötən ilki səviyyədən iki dəfə artıq olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Qəbələ rqayonunda formalaşan 29 bələdiyyə il ərzində 18.300 manatlıq əmlak vergisi, 69.200 manatlıq torpaq vergisi toplaya bilib. Hər iki istiqamətdə vergi yığımı ötən ilki səviyyə ilə müqayisədə 30 faizədək azalıb.

il ərzində yerli büdcəyə 98.000 mədən vergisi, 304.600 mehmanxana rüsumu daxil olsa da dayanacaq rüsumu və reklam vergisindən heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində Qəbələ bələdiyyələrinə dövlət tərəfindən 59.600 manat dotasiya ayrılıb.

Belediyye.info

ŞƏRHLƏR