1930-cu ilin səkkiz avqust tarixi Ağdam rayonu üçün əlamətdar bir gün hesab olunur. Belə ki, düz 90 il əvvəl sovetləşən respublikamızda idarəetmə sahəsində aparılan islahatlar nəticəsində yaranan 60 rayondan biri də Ağdam idi. Bundan əvvəl isə qəza mərkəzi olaraq Ağdam özündə Tərtər, Bərdə və Ağcabədi rayonlarını birləşdirirdi. Bundan sonra Ağcabədi rayonu 1963-cü ilin yanvarından 1965-ci ilin yanvarınadək Ağdamın ərazisinə birləşdirilmişdi...
1923-cü ilin 7 iyul tarixində Dağlıq Qarabag Muxtar Vilayətinin yaranması nəticəsində şuşa şəhəri regionun siyasi və mədəni mərkəzi olaraq əhəmiyyətini müəyyən mənada itirmiş oldu. Məhz o illərdə vilayət mərkəzinin şuşadan Xankəndiyə keçirməkdə məqsəd xanlığın paytaxtı olmuş şəhərin regionda əsasən siyasi çəkisini azaltmaq idi. Erməni daşnaklarının, habelə onların Moskvadakı müdafiəçilərinin apardığı siyasət tədricən öz bəhrəsini verirdi. Ancaq maraqlı bir məqamı qeyd edim ki, 1923- cü ildən vilayətin paytaxtı elan edilən Xankəndi yalnız 1939-cu ildə vilayət tabeliyində olan şəhərə çevrilmişdi...
Yuxarıda qeyd edilən proseslərdə Ağdam regionun əsas iqtisadi mərkəzi olaraq, həmçinin şuşa şəhəriylə yanaşı siyasi və mədəni mərkəz kimi getdikcə inkişaf edirdi. Cöğrafi baxımdan yerləşdiyi ərazi, Qarabağın dağlıq ərazisinə, irəvan və Naxçıvana gedən əsas yolun məhz bu ərazidən keçməsi şəhərin əhəmiyyətini bir qədərdə artırırdı. şuşada itirilən mövqeyimizi Ağdamla müəyyən mənada əvəzləyə bildik. Yeri gəlmişkən qeyd edək ki, ötən əsrin 70-ci illərində, məhz milli lider Heydər əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, şuşa əvvəlki çəkisini bərpa edə bilmişdi...
Ötən əsrin 20-illərində Ağdama Azərbaycan rəhbərliyinin, o cümlədən Nəriman Nərimanovun və Mir Cəfər Bağırovun ardıcıl olaraq səfərlər etməsi mərkəzi hakimiyyətin Ağdamı diqqət mərkəzində saxlaması demək idi.
Bəy evləriylə zəngin olan şəhərin bazarı da öz növbəsində inkişaf edirdi. Ağdam bazarında formalaşan ticarət əlaqələri Tiflisdən başlamış Təbrizədək yayılmışdı.
Qəza mərkəzi kimi inkişaf edən Ağdam istər cumhuriyyət, istərsə də sovet hakimiyyətinin ilk illərində rəhbər orqanlara çoxsaylı kadrlar təqdim etmişdi. Qarabağ inqilab Komitəsinin üzvlərinin böyük əksəriyyəti məhz Ağdam və şuşadan olması da təsadüfi deyildi.
1940-cı ilin birinci yarısında şəhərin baş planının təsdiq edilməsi şəhərin və ümumilikdə rayonun perspektiv inkişafı demək idi. şəhər üçün mehmanxananın, mədəniyyət evinin, orta məktəblərin, habelə şəhərin infrastrukturunun formalaşdırılması nəzərdə tutulan adddımlardan idi.
Ağdam ötən əsrin 60-cı illərinədək zəifdə olsa inkişafa nail ola bildi. inkar etmək olmaz ki, II Dünya müharibəsi rayonun inkişafına mənfi təsirini göstərmişdi. Bacarıqlı kadrların böyük əksəriyyəti müharibədə həlak olmuşdu. Amma buna baxmayaraq şəhər və rayonun inkişafı öz axarıyla gedirdi.
Paytaxtda və ittifaqın digər ərazilərində tətbiq edilən yeniliklər ilk olaraq Ağdama ayaq açırdı. ərazidə hava limanının açılşı, dəmiryol xəttinin çəkilişi, şəhərin respublika rəhbərliyinin diqqətində olması demək idi. Xaçınçay su ambarının inşası, ət kombinatı, Daş karxanasının istifadəyə verilməsi əhalinin maddi rifah halına müsbət təsir edən amillərdən idi. 60-cı illərdə başlanan inkişaf 70-ci illərdə daha da inkişaf edərək 80-ci illərdə zirvə nöqtəsinə çatdı.
Ağdam sənaye şəhəri olaraq siyasi və mədəni mərkəz kimi öz sözünü daim deyirdi.
Unutmaq olmaz ki, adıçəkilən proseslərdə rayona təyinat alan vəzifə sahiblərinin də rolu olurdu.
Maraqlı bir statistikanı diqqətinizə çatdıraq.
Apardığımız tədqiqat və araşdırmalar zamanı müəyyən etdik ki, 90 il ərzində Ağdama 26 nəfər rəhbərlik edib.
ilk birinci katib Vəliyev soyadlı şəxs olmuşdur. ibrahim Mirzəyev, ələkbər Eminov, Fətullazadə, Yusif Yusifov, Məmməd Orucov, Məhəmməd əliyev, Hümbət Mustafayev, Soltan əzizov, Tapdıq Mustafayev, Behbud Səmədov, Xosrov Ağayev, Nadir Abbasov, Həsən əliyev, Telman Orucov, Sadiq Murtuzayev, Aydın Quliyev, Səyyaf Verdiyev müstəqillik dövrünədək Ağdama rəhbərlik ediblər.
Rayonun ilk icra hakimiyyətinin başçısı isə Səyyaf Verdiyev olub. Ondan sonra Nadir ismayılov, Qasım Kərimov, Səyavuş Vəliməmmədov, Həsən Sarıyev, Nizami Sadıqov və Raqub Məmmədov bu vəzifəyə təyin ediliblər.
2018-cü ilin avqustun 28-də rayona təyinat alan Vaqif Həsənov Ağdam rayonunun sayca 26-cı rəhbəridir.
Sovet dövründə rəhbərlik etmiş kadrlardan-ibrahim Mirzəyev, Məhəmməd əliyev, Nadir Abbasov, Aydın Quliyev və Səyyaf Verdiyev yerli kadr hesab olunurdu. Müstəqilik dövründə təyin edilənlərin demək olar ki hamısı yerli kadrdır.
Bu arada qeyd edim ki, keçmiş sövet dövründə Hümbət Mustafayevlə Sadıq Murtuzayevin, müstəqillik dövrində isə Nizami Sadıqovla Raqub Məmmədovun fəaliyyəti diqqəti çəkib. Lakin Sadıq Murtuzayevlə Nizami Sadıqovun rəhbərliyi illərini Ağdamın “Qızıl dövrü” hesab edilməlidir.
Avqustun 28 də isə Vaqif Həsənovun rayona təyinatının iki ili tamam olacaq. Çox inanmaq istərdim ki, Vaqif Həsənov fəaliyyəti gərgin və həssas dövrə düşsədə, sələflərindən irəli gedərək növbəti illərdəki fəaliyyətiylə Ağdamın inkişafına öz töhvəsini verəcəkdir.
Beləliklə, biz Ağdam rayonun formalaşmasının 90 illik yubileyi ilə bağlı bəzi məqamlara toxunduq.
Sözsüz ki, şəhər olaraq Ağdam xeyli əvvəllər formalaşmışdı. Azərbaycan Çar Rusiyası tərəfindən tam şəkildə ilhaq edildikdən sonra 1828-ci ildə ilk şəhər statusu alan yaşayış məntəqlərindən biri də Ağdam idi.
Bu gün isə rayon yubileyi 28 faizlik əraziylə qeyd edir. Hər birimiz inanırıq. inanırıq ki, Ağdam tam inzibati ərazi çərçivəsinə tezliklə sahiblənəcək. Siyasi-iqtisadi və mədəni sahədə bir çox ilklərə imza atan 90 yaşlı Ağdam rayonunun sakinləri səbrsizliklə Ali Baş Komandanın əmrini gözləyir və bu gün rayonda aparılan quruculuq işlərinə öz tövhələrini verməklə, bütov rayonun inkişafında bu addımı daha ürəklə atmaq niyyətindədirlər.
Vüqar Tofiqli
P.S. Qeyd edim ki, yazını beş il əvvəl hazırlamışdım. Lakin özümə də bəlli olmayan səbəbdən paylaşmamışdım. indi isə bir qədər əlavə və düzəlişlər edib paylaşmaq istədim.