"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəsəbə bələdiyyəsi əmlak vergisindən 205 min manat maliyyə vəsaiti toplaya bilib

--2023-02-10 / 20:55

Sabunçu rayonu Maştağa Bələdiyyəsi 2022-ci ildə fiziki şəxslərdən torpaq vergisindən 106.100 manat, fiziki şəxslərdən əmlak vergisindən 205.635 manat, torpaq icarəsindən (istifadəsindən) 57.652 manat, stasionar, ticarət, kommersiya və digər ödənişlərdən – 18.215 manat, dövlət büdcəsindən verilən dotasiyadan 24.000 manat, digər gəlirlərdən (ritual xidmətlərdən) 4.788 manat, cəmi yekunu – 416.392 manat məbləğdə maliyyə vəsaiti əldə etmişdir. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda bildirilir ki, Maştağa Bələdiyyəsi 2022-ci ildə hesabat dövrü müddətində daxil olan bu ümumi mədaxilin müqabilində yerli büdcə xərclərinin ümumi yekunu 422792,65 manat və növbəti təqvim ilinə maliyyə qalığı – 4774,88 manat məbləğdə olmaqla yerli özünüidarənin iclaslarının qərarları əsasında yerli büdcənin icrası xərc istiqaməti göstəriciləri və xərc normativləri üzrə bələdiyyənin saxlanma və yerli əhəmiyyətli məsələlərlə birlikdə yerli problemlərin həlli məqsədlərinə sərf olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR