sorğu
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbədə bələdiyyənin təşəbbüsü ilə zibil tullantı meydançalarınını təmirini davam etdirir.
Bu günlərdə bələdiyyənin növbəti abadlıq işi qəsəbənin I mədən 42-ci korpusunda kerçəkləşdirilib.
Belə ki, məişət tullantıları meydançası cari təmir edilib, qaynaq edilməli olan yerlər bərpa edilib.
Bələdiyyənin sakinlərə müraciətində bildirilir ki, “qurulanı qorumaq, olmayını isə yaratmaq-formalaşdırmaq bizim ümdə borcumuzdur. Məhz bu səbəbdən, ərazimizdə tikilərək bizə təhvil verilən bütün tikililərin qeydinə qalır, cari təmir edir, abadlıq işləri aparırıq.”
Belediyye.info
21-12-2016