"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəsəbə bələdiyyəsi təmizlik işlərini davam etdirir

--2017-10-09 / 05:07

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazidə təmizlik işlərini davam etdirir.

Bələdiyyənin yaydığı məlumata görə, Binəqədi şosesi, Zəngəzur şadlıq sarayının ətraf ərazisində aparılan profilaktik-təmizlik və abadlıq işlərində bələdiyyə əməkdaşları ilə yanaşı qəsəbə sakinləri də iştirak ediblər.

Sahibsiz atılan məişət  tullantılar və zibil bələdiyyənin texnikası vasitəsiylə daşınıb.

Bələdiyyə sakinlərə bir daha müraciət edərək zibil tullantıları konteynerlere atılmasını,  yaşadıqları əraziləri təmiz saxlamağı tövsiyə edib.

Belediyye.info

  

ŞƏRHLƏR