"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəsəbə bələdiyyəsinin maşın mexanizmlərinə texniki baxış keçirilib

--2016-07-05 / 20:38

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbədə  təmizlik işlərini diqqətdə saxlamaq bələdiyyənin fəaliyyətində hər zaman prioritet təşkil edir. Bu istiqamətdə isə texnikaların diqqətdə saxlanılması, texnikaya vaxtında edilməsi olduqca mühümdür.

Məhz bununla əlaqədar olaraq, Binəqədi Rayon icra Hakimiyyətinin ərazi idarəetmə və Yerli Özünüidarəetmə Ordanları ilə iş şöbəsinin Baş məsləhətçisi Hacıbaba Babayev və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva bələdiyyənin istifadəsində olan texnikalara baxış keçiriblər.

 Baxış zamanı müəyyən olunub ki, bələdiyyənin balansında olan bir sıra maşın mexanizmlərdə cari təmir işlərinin aparılmasına və  yenilənməsinə ehtiyac var.

Bələdiyyənin yaydığı məlumata görə, hazırda bu istiqamətdə işlər aparılır, bu gün və sabah ehtiyat hissələri yeniləri ilə əvəz ediləkdir.

Belediyye.info

ŞƏRHLƏR