“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasını davam etdirir. Artıq Suraxanı, Ağdam və Tərtər rayon bələdiyyələriylə görüşlər təşkil edilmiş, layihənin məqsədi və istiqaməti barəsində məlumatlar verilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində müasir informasiya texnologiyalarından istifadə etməklə qanunvericiliyə edilmiş düzəlişlərin 2014-cü il seçkilərindən sonra formalaşmış bələdiyyələrə izah edilməsi nəzərdə tutulur.
Nəticə etibarıylə Bakıda (Suraxanı rayonu üzrə 6 bələdiyyə olmaqla ) o cümlədən sərhədyanı bölgələrdə (Ağdam rayonu üzrə 14 bələdiyyə və Tər-tər rayonunda 25 bələdiyyə olmaqla) cəmi 306 bələdiyyə üzvünə yeni yaradılan informasiya resursu vasitəsiylə hüquqi yardım göstəriləcəkdir.
Layihə çərçivəsində ilk olaraq Suraxanı rayonunda, sonra isə Ağdam və Tərtər rayonlarında bələdiyyə üzvlərinin iştirakı ilə hüquqi dərslər təşkil ediləcəkdir. Dərslərin təşkilində məqsəd cari ildə qüvvəyə minən hüquqi aktlar barəsində bələdiyyələrə məlumat və izahat verməkdir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində ilk hüquqi dərs Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində 21 may saat 11:00 keçiriləcəkdir.
Suraxanı RiH-in təşkilatçılığı ilə keçirilən tədbirə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və rayon bələdiyyələrinin təmsilçiləri dəvətlidirlər.
Tədbirə KiV təmsilçilərinin iştirakı nəzərdə tutulub.
“Bələdiyyələrin fəaliyyətinin təbliği”
ictimai Birliyi
19.05.2015