“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində WWW.BELEDIYYE.INFO internet resursunu istifadəyə verib.
Bu resursa “Bələdiyyə həyatı”, “iKT və bələdiyyələr”, “Tanınmış bələdiyyə üzvləri”, “Gündəlik xəbərlər” rubrikası daxil edilımişdir. Bununla yanaşı resursa Azərbaycan bələdiyyələri haqqında məlumat bazası və qanunvericiliyə aid olan sənədlərin elektron verisyası salınmışdır.
Sayt gündəlik iş rejimində olmaqla mütəmadi olaraq bələdiyyələrin fəaliyyətiylə baglı məlumat və yeniliklərə də öz səhifələrində yer ayıracaqdır.
Saytın istifadəyə verilməsində əsas məqsəd müasir informasiya texnologiyalarından istifadə etməklə qanunvericiliyə edilmiş düzəlişlərin 2014-cü il seçkilərindən sonra formalaşmış bələdiyyələrə izah edilməsidir.
Qeyd edək layihə çərçivəsində internet resursun təqdimatı iyul ayında keçiriləcəkdir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği”
ictimai Birliyi
20.05.2015