Ağdam rayon icra hakimiyyətinin iclas zalında “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidentinın yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasııyla bağlı növbəti hüquqi dərs keçib. Ağdam RiH-in təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə başçınn müavini Allahverən əliyev açaraq rayon bələdiyyələrinin fəaliyyətindən, onların üzərinə düşən vəzifələrdən danışıb.
ictimai birliyin sədri Vüqar Tofiqli çıxışında, layihə çərçivəsində təşkilatın ekspertlərinin apardığı araşdırmalar zamanı rayon bələdiyyələrinin fəaliyyətində son üç ildə ciddi şəkildə artımın hiss olunduğunu qeyd edib. əsas maliyyə istiqamətləri əsasən torpaqların alqı-satqısından və icarəsindən, habelə torpaq vergisindən daxil olduğunu deyən V. Tofiqli əlavə maliyyənin cəlb edilməsi üçün bələdiyyələrin müvafiq orqanlara layihə təqdim etmək lazım gəldiyini dilə gətirib. Bu gün rayon bələdiyyələri prezidentin sərt tənqidindən sonra fəaliyyətlərinə ciddi şəkildə diqqət yetirməli və tənqiddən nəticə çıxarmaq üçün vətəndaş cəmiyyətinin qüvvəsindən də istifadə etməlidirlər.
“Dövlət tərəfindən 2014-cü ildə bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması üçün ciddi addımlar atılmışdır. Ancaq prezidentin imzasıyla qüvvəyə minən bir çox qanun və sənədlər bələdiyyə üzvləri tərəfindən öyrənilməli və seçicilərinə izah edilməlidir.”
Təşkilat sədrinin sözlərinə görə, inzibati nəzarət qaydasında ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəziylə və rayon icra hakimiyətiylə sız əməkdaşlıq əlaqələrinin qurulması nəticədə bələdiyyələrin fəaliyyətinin daha səmərəli olmasına imkan verəcəkdir.
Layihə barəsində danışan V. Tofiqli layihə çərçivəsində istifadəyə verilmiş yeni internet resurs belediyye.info vasitəsiylə bələdiyyə sistemində çalışanları maarifləndirmək niyyətində olduğunu bildirib: “əminəm ki, bu minvalla yeni seçilmiş üzvlər maarifləndiriləcək, habelə bələdiyyələrarası əlaqənin qurulmasına təkan veriləcək, həm də onların fəaliyyətinin təbliğinə imkan yaranacaqdır”.
Sonda rayon bələdiyyələrini narahat edən mövzular ətrafında ciddi müzakirələr həyata keçirildi, bələdiyyə sədrlərin narahat edən suallara cavab verildi.
Xatirladaq ki, QHT bundan əvvəl Suraxanı bələdiyyələrinin iştirakıyla hüquqi dərs keçmişdir. Növbəti sonuncu tədbirin Tərtər bələdiyyələriylə keçirilməsi planlaşdırılır.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi
26.05.2015