"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT layihəyə cəbhə bölgəsində yekun vurdu

--2015-07-04 / 11:57

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə  “Yerli orqanlara müasir  informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin  yekun təqdimatını keçirdi. Ağdam Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bərdə, Tərtər, Ağcabədi  və Ağdam bələdiyyələrinin təmsilçiləri, habelə Bərdə Regional ədliyyə şöbəsinin rəsmiləri və yerli KiV təmsilçiləri  iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Ağdam RiN -in məsul  işçisi Allahverən əliyev  tədbirin əhəmiyyətindən danışaraq, rayon bələdiyyələri ilə  qarşılıqlı əlaqələri qurulduğunu bildirib. Onun sözlərinə görə, bu gün cəhbə bölgəsi bələdiyyələri prezidentin sərt tənqidindən nəticə çıxararaq ciddi addımlar atırlar.

Tədbirdə çıxış edən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli “Bələdiyyələrin inkişafında iKT-nin rolu” mövzusunda məruzə edib. Məruzəsində layihə barəsində danışan V.Tofiqli  layihə çərçivəsində Bakının Suraxanı, Ağdam və Tərtər rayonlarındakı bələdiyyələrə qrup şəklində hər birində  bir dəfə olmaqla hüquqi dərslər təşkil edildiyini  və qeyd edilən məsələlərlə bağlı bələdiyyə üzvlərinə metodik tövsiyyələr verildiyini qeyd edib.

QHT sədrinin sözlərinə görə, təşkilat  həmçinin layihə çərçivəsində istifadəyə verilən Belediyye.info saytı vasitəsiylə  bələdiyyyələrə həm qanunların izahı verildiyini, habelə  onların fəaliyyəti  barədə ictimaiyyəti məlumatlandırıldığını bildirib.

Təbdirdə çıxış edən ədliyyə Nazirliyinin Bərdə Regional şöbəsinin baş məsləhətçisi Azər Allahverdiyev bələdiyyələrin inkişaflnda iKT-nin xüsusi rolu olduğunu qeyd edərək, bələdiyyə sədrlərinin üzərinə böyük məsuliyyət yükü düşdüyünü deyib. Onun sözlərinə görə, istər aktların təqdimatında, istərsədə iclasın qərarların hazırlanmasında  diqqətli olmalıdırlar.

Seminar  ciddi fikir mübadiləsi ilə davam edib.

Məlumat üçün bildiririk ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə  həyata keçirdyi sayca dördüncü layihəsidir.  

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi

04.07.2015

ŞƏRHLƏR