"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT-lərə Dövlət Dəstəyi şurasının rəsmisi Belediyye.infonu təbrik etdi

--2016-05-27 / 00:18

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində yaradılan Belediyye.info saytının 1 yaşının tamam olması münasibəti ilə başda Vüqar Todiqli olmaqla bütün yaradıcı kollektivini  təbrik edirəm.

şura yarandığı dövrdən bu yana hər zaman ictimai aktuallıq kəsb edən, cəmiyyətin inkişafına, vətəndaşların maariflənməsinə xidmət edən layihələri dəstəkləməklə QHT sektorunun inkişafı üçün davamlı olaraq zəruri addımlar atır.

Ölkəmizdə cəmi 17 yaşı olan bələdiyyə institutunun ictimaiyyətlə əlaqələrinin qurulmasına yardım edilməsi, vətəndaşların seçki yolu ilə tərkibini müəyyən etdikləri yerli özünüidarəetmə qurumunun fəaliyyəti haqqında zəruri informasiyalarla təmin olunması baxımından media orqanlarının üzərinə mühüm vəzifə düşür.

ixtisaslaşmış internet resurslarının-saytların təsis olunması və davamlı fəaliyyətinin təmin olunması da bu cəhətdən xüsusi ilə əhəmiyyətlidir.

Belediyye.info saytı ötən bir il ərzində üzərinə düşən missiyanı uğurla icra edərək ölkəmizin müxtəlif bölgələrindəki bələdiyyələrin həyata keçirdikləri sosial infrostruktur layihələri, beynəlxalq əlaqələrin qurulması, vətəndaşlarla görüşlərin keçirilməsi və digər movzularda yüzlərlə xəbər, müsahibə, təhlil yayımlayıb.

inanıram ki, Belediyye.info saytı qarşıdakı illərdə daha çox bələdiyyəylə yaxından əməkdaşlıq əlaqələri quraraq onların fəaliyyətini, qarşılaşdığı problemləri peşəkar şəkildə ictimaiyyətə çatdırmaqla vətəndaş cəmiyyətinin inkişafına töhfələr verəcək.

Elməddin Behbud

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının Mətbuat xidmətinin rəhbəri

ŞƏRHLƏR