"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT Masallıda bələdiyyələrə təlim keçirib

--2017-10-30 / 17:46

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi (BFTiB) "Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı  bilik və bacarıqların  inkişaf etdirilməsinə  yardım göstərilməsi”  layihəsi çərçivəsində sonuncu təlim  Masallı rayonununda keçirib

Təlimdə Masallı rayonunun 33  bələdiyyəsindən-bələdiyyə sədrləri, müavinlər, hüquqşunas və qulluqçularından ibarət 30 nəfər, o cümlədən Masallı RiH-in təmsilçiləri iştirak edib.

Təlimdə ilk sözü layihənin rəhbəri Könül Quliyeva açaraq "Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai Birliyi olaraq layihənin donoru,  məqsəd və vəzifələri haqqında məlumat verdi.  Ölkəmizdə bələdiyyələrdə aparılan şəffaflıq prinsiplərindən danışıb.

Təlimdə BFTiB-nın ekspertləri Zaur ibrahimli və Mirəli Hüseynovun "Bələdiyyələrin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar” və "Eik davaranış qaydaları”   mövzularında təqdimatları olub.

Ekspert Zaur ibrahimli çıxışında  Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasından, habelə vergi və ödənişlərin uçotunun aparılmasından, şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən  istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramının xüsusi əhəmiyyəti kəsb etdiyini qeyd edib.  
Ekspertin sözlərinə görə, 2016-cı  ilin  oktyabrından istifadəyə verilən proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcək və fəaliyyətlərində hiss edəcəklər.
Bələdiyyə idarəetməsində etik davranış qaydalarının tətbiqi yerli özünüidarəetmədə yaxşı idarəetmənin təşkili istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri kimi nəzərdən keçirilir. Yerli özünüidarəetmədə qanunçuluğun təmin edilməsində, vətəndaşların bələdiyyələrə etimadının artırılmasında, bələdiyyələrin fəaliyyətində səmərələliyin və şəffaflığın gücləndirilməsində, maraqlar toqquşmasının qarşısının alınmasında etik davranış qaydaları institutu müstəsna əhəmiyyətə malikdir. Bu institut bələdiyyə rəsmilərini hüquq və vəzifələrinin dürüst şəkildə həyata keçirməyə, özlərini vətəndaşlar qarşısında daha hesabatlı və məsuliyyətli olmağa, peşəkar davranışlara sövq etməyə və bələdiyyə idarəetməsinin səmərələliyinin artmasına müsbət təsir göstərir.

Təlim iştirakçıların suallarının cavablandırılmasıyla başa çatıb.

Belediyye.info

 

ŞƏRHLƏR