Binəqədi rayon icra Hakimiyyəti başçısının müvafiq əmri ilə Rayon Gənclər və idman idarəsinin rəisi vəzifəsinə Elvin Namiq oğlu Aslanov təyin edilmişdir. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Elvin Aslanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasını bitirmiş, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində magistr pilləsini başa vurmuşdur.
2008-ci ildən Azərbaycan Tələbələr Birliyinin sədridir. 2013-cü ildən Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi yanında Gənclərlə iş üzrə ictimai şuranın sədr müavinidir.
Bir çox yerli və beynəlxalq tədbirlərin iştirakçısıdır. Eyni zamanda, bəzi tədbirlərdə ekspert və təlimçi kimi çıxış etmişdir.
ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyi üçün 2016-cı ildə Prezident ilham əliyev tərəfindən Gənclər üçün Prezident Mükafatı ilə mükafatlandırılmışdır.
Elvin Aslanovu yeni təyinatı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!
Belediyye.info