"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT Tərtərdə hüquqi dərs keçdi

--2015-05-29 / 20:27

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə  “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasıyla əlaqədar növbəti hüquqi dərsi Tərtər şəhərində keçirib.

Tərtər şəhər Gənclər Mərkəzində baş tutan tədbirdə rayonun 24 bələdiyyəsi və icra nümayəndəliyinin təmsilçiləri, habelə Tərtər rayon icra hakimiyyətinin ərazi icra və özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli əliyev və ədliyyə Nazirliyinin Bərdə Regional şöbəsinin baş məsləhətçisi Azər Allahverdiyev iştirak edib.

Tərtər Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən  tədbirdə layihənin rəhbəri Vüqar Tofiqli çıxış edərək  layihə barəsində QHT-nln gördüyü işlərdən danışaraq, bələdiyyələrin üzərinə düşən vəzifələrdən danışıb. Onun sözlərinə görə, prezidentin sərt tənqidindən sonra bələdiyyələr  işlərinə daha diqqətlə yanaşmalı və fəaliyyətlərinin ictimailəşdirilməsinə, inzibati nəzarət qaydasında ədliyyə Nazirliyinin Bələdiyyələr iş mərkəzi və Tərtər rayon icra hakimiyyətiylə bilavasitə sıx əməkdaşlıq şəraitndə fəaliyyət göstərməlidirlər.

Hazırda Tərtər bələdiyyələrinin əmlak vergisinin yığımıyla problemlərin olduğunun   deyən QHT sədri onun həllinin yalnız əhalinin maarifləndirilməsindən keçdiyini qeyd edib.

Bu gün Tərtər bələdiyyələrinin illik gəlirləri 2004- cü illə müqayisədə  bir dəfə artdığını deyən V. Tofiqlinin sözlərinə görə, ötən 2014-cü ili bələdiyyələr üşün uğurlu il saymaq olar. Onun sözlərinə görə, ötən il ərzində prezidentin imzasıyla bələdiyyələrin fəaliyyətlərinə dəstək verən ona yaxın yeni sənəd qüvvəyə minib. Nəticədə bələdiyyələrin fəaliyyətində şəffaflıq prinsiplərinin qorunması, əhali ilə baş verə biləcək narazılıqların aradan qaldırılması təmin edilib. Habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

V.Tofiqlinin fikrincə əgər bələdiyyələr qanunun verdiyi imkandan yararlanaraq, sözügedən qurumlarla sıx əməkdaşlıq əlaqələri qura bilsələr ölkə başçısının sərt  tənqidiylə bir daha üzləməzlər. Bələdiyyələrin ətalətdən qurtulmağın vaxtı çatıb.

Tədbirin sonunda bələdiyyələri narahat edən suallara cavab verilmiş və  ciddi fikir mübadiləsi aparılmışdır.

  

Xatırladaq ki, QHT bundan əvvəl Suraxanı  və Ağdam bələdiyyələrinin iştirakıyla hüquqi dərs keçib.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” 

ictimai Birliyi

29.05.2015

ŞƏRHLƏR