“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin təşəbbüsüylə Xızı bələdiyyəsində “Bələdiyyə-media” münasibətlərinə həsr olunan seminar keçirilib.
Seminarda QHT sədri bələdiyyələrin fəaliyyətində mövcud olan problemlərdən, media ilə əlaqələrin səviyyəsindən, bələdiyyələrin bu əlaqələrin qurulmasında maraqlı görünməməsindən danışıb.
QHT tərəfindən yaradılan internet resurs olan Belediyye.info barəsində iştirakçıları məlumatlandıran V.Tofiqli mütəmadi olaraq informasiya mübadiləsinin zəruriliyi vurğulayaraq “Bələdiyyə həyatı” qəzetində hesabatların dərc edildiyini bildirib.
Hər iki media orqanın əsas məqsədinin məhz bələdiyyələrin fəaliyyətinin təbliği olduğunu deyən QHT sədri bələdiyyələri əməkdaşlığa dəvət edərək öz fəaliyyətlərinin təbliğində maraqlı olmalarını dilə gətirib.
Təbdirdə Altıağac, Xızı, Kiləzi, Baxışlı bələdiyyəsinin sədrlərinın sualları cavablandırılıb.
Belediyye.info