"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT yekun təqdimatı cəbhə bölgəsində edəcək

--2015-06-01 / 11:16

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə  “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrası çərçivəsində Suraxanı, Ağdam və Tərtər rayon bələdiyyələriylə görüşlər təşkil edilmiş, bu rayonların hər birində hüquqi dərslər keçirilib.

Hüquqi dərslərdə Suraxanı rayonu üzrə  6  bələdiyyənin, Ağdam rayonu üzrə 14 bələdiyyənin Tərtər rayonu üzrə 24 bələdiyyənin təmsilçiləri iştirak edib.

Hər bir tədbirdə prezident təsdiqylə qüvvəyə minən hüquqi sənədlərin izahı verilmiş bələdiyyələrin bu günkü durumu təhlil edilərək  ciddi fikir mübadiləsi həyata keçirilıb. Hər bir tədbirdə bələdiyyə təmsilçiləri qarşılaşdığı problemlərdən danışıblar.

Tədbirin əsas  müzakirə mövzularından biri də bələdiyyə fəaliyyətinin ictimailəşdirilməməsiylə bağlı olub. Layihə çərçivəsində yaranan Belediyye.info saytının sturkturu barədə danışılıb,  bələdiyyələrin fəaliyyələtlərinin sahə medaisında işıqlandırılmasınınn əhəmiyyəti  vurğulanıb.  Bu istiqamətdə “Bələdiyyə həyatı” qəzetinin xüsusi rolu qeyd edilib.

Layihə çərçivəsində Ağdamın Üçoğlan və Qərvənd bələdiyyələri, habelə Tərtər şəhər bələdiyyələrinə fəaliyyətləriylə tanış olmaq məqsədiylə səfər edilərək, bu bələdiyyələrin fəaliyyəti barədə məlumatları yeni yaradılan internet resursa yerləşdirilib.

Layihənin yekun təqdimatı  Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulub.

 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” 

ictimai Birliyi

01.06.2015

ŞƏRHLƏR