Qaradağ rayonu Qobustan bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, yerli özünüidarəetmə orqanı olaraq 2015-ci ilin 6 ayı ərzində qəsəbədə bir sıra ciddi layihələr həyata keçirilib.
ilk olaraq Qobustan qəsəbəsi II massivdə dəmir yolunun kənarında 500 metrlik ərazi məişət tullantılarından təmizlənərək 3 yerə 8 ədəd zibil qutusu qoyulub. 50-ci km ərazisindən 60-cı km əraziyə qədər olan yaşayış evlərinə gediş-gəliş çətin olduğu üçün əlavə çınqıl yol çəkilib, həmin ərazidə səkilər salınıb. Bununla yanaşı Qobustan qəsəbəsi 60-cı km də ərazisində olan 1050 kv.m sahəsi olan göl bələdiyyənin təşəbbüsü və əməkdaşlarının səyilə qurudulub.
Bələdiyyənin yaddaqalan layihələrindən biri də “ Qələbə günü ” münasibəti ilə 195 saylı orta məktəbin qarşısında yerləşən abidə kompleksinin bələdiyyənin daxili imkanları hesabına abadlaşdırılmaşı olub.
Belediyye.info