Axundova Aynur Babaqulu qızı 2 sentyabr 1986-ci il şamaxı rayon Cəyirli kəndində anadan olub.
1993-cü ildə Qobustan rayon Cəyirli kəndində A.Quliyev adına tam orta məktəbində birinci sinifə gedib.
2002-ci ildə Qobustan rayon Cəyirli kənd R.Hüseynov adına ümümi orta məktəbin 9-cu sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirib.
2002-2004-cü illərdə Sumqayıt şəhər Y.Məmmədəliyev adına tam orta məktəbinin humanitar təmayüllü sinifini bitirib elə həmin ildə də şamaxı Hümanitar Kollecinin ingilis –dili müəllimi və tərçüməçi ixtisasina qəbul olunub və 2007-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirib.
Qobustan rayon Cəyirli kənd A.Quliyev adına tam orta məktəbində ingilis-dili müəlliməsi kimi işləməyə başlayıb.
2013-cü ildə Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər fakultəsinə daxil olub, eyni zamanda universitetin yaratdığı imkandan istifadə edərək ikili diplom layihəsinə qoşularaq isvecrənin Montro Biznes Ali Məktəbinin Biznes menecment ixtisasına yiyələnib.
Hər iki universiteti 2018-ci ildə uğurla bitirib.
Hazırda Qobustan rayon Cəyirli kənd R.Hüseynov adına ümümi orta məktəbində ingils-dili müəlliməsi işləyir.
Eyni zamanda 2014-cü il Bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2015-ci il yanvar ayından ictimai əsaslarla Cəyirli bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
Qeyd edək ki, Aynur Axundova 2015-ci ildən həm də YAP Qobustan təşkilatı idarə Heyətinin üzvüdür.