"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qoşqar Məmmədov təklif edir-EKSPRESS SORÄžU

--2017-04-06 / 16:50

Belediyye.info bələdiyyə sədrləri arasında keçirdiyi  ilk  “ekspess-sorğu”nun cavablarını oxucuların müzakirəsinə  verir. Belediyye.infonun suallarını Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov cavablandırır:

-Sakinlər tərəfindən bələdiyyə vergilərinin vaxtında - problemsiz ödənişi üçün  rəhbərlik etdiyiniz bələdiyyə tərəfindən hansı addımlar atılır?

- Tədiyyə bildirişlərinin vaxlı-vaxtında verilməsi və əhali arasında vergi ödənişi mahiyyətinin düzgün təbliğatının aparılması bizim üçün  böyük önəm kəsb edir.

-2017-ci ildə bələdiyyənizdən hansı istiqamətdə irəliləyişlər gözləyirsiniz?

- ilk növbədən əmlak və torpaq vergilərinin yığımını artırmaq, əhali üçün mühüm olan bir çox layihələrin bələdiyyə tərəfindən həyata keçirilməsini gözləyirik.

-Bələdiyyə  büdcəsinə   onlayn və ya  stasionar ödəniş terminallarından daxil olan ödənişin səviyyəsi hansı vəziyyətdədir?

- Onlayn ödəniş sisstemi və stasionar ödəniş terminallarındakı proqramlaşdırma işləri tam hazırdir. Qeyd olunan sistemin fəaliyyət göstərməsi üçün hazırda əhali arasında təbliğat işləri aparılır.

 -Bələdiyyənin maliyyə vəziyyətinin yaxşılşadırılması üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac var?

- Notariuslarda və ya digər dövlət qurumlarından hər hansı bir sənədləşməni apararkən bələdiyyəyə vergi borcunun ödənilməsinin tələb olunması ən vacib məsələ hesab edirik.

-Bu gün bələdiyyə  qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini  təklif edərdiniz?

-Vergi borcunu ödəməyən vətəndaşların sərhəd-keçid məntəqələrindən keçməsinə qadağa qoyulmasını günün reallığına çevrilib. Bu addımın atılması həm sakinlərimizin, həm də bələdiyyələrin məsuliyyətini artıracaqdır.

Belediyye.info

ŞƏRHLƏR