Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest idman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb.Bu barədə məlumatı M.ə.Rəsulzadə bələdiyyəsi yayıb.
Beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb. “Everest” idman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb.
Yürüşdə peşəkar dağçılar Turan əhmədov, Emin Mirzəyev, Rinad Rəhimxanov, Natiq Yusifli, Anar Abbasov və Turan əhmədov iştirak edib. Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir. Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir. Qeyd edək ki, 23 fevral 2018-ci il tarixdə M.ə.Rəsulzadə bələdiyyəsində Qoşqar zirvəsinə edilən yürüşün iştirakçıları ilə görüş keçirilib və uğurlar dilənilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|