"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qovlar şəhər bələdiyyəsi və Dönük Qırıqlı bələdiyyəsi Türkiyədə zərərkənlərə maliyyə yardimı göstərib

--2023-02-22 / 12:54

Tovuz rayonu Qovlar şəhər Bələdiyyəsi  və Dönük Qırıqlı bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə  hər biri  100  manat olmaqla maliyyə yardımı edib.  Vəsait Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Bu barədə məlumat adıçəkilən bələdiyyələrdən daxil olub.  

Tovuz bələdiyyələri də dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq bu çətin anda qardaş Türkiyəyə köməyini əsrgəmir.

Adıçəkilən bələdiyyələrin rəhbərliyi baş vermiş faciə nəticəsində Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir. 

Belediyye.info

ŞƏRHLƏR