Quba rayonunda formalaşan 34 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.108.800 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində 6.4 faizədək azalma deməkdir.
Qeyd edək ki, 2019-cu ildə Quba bələdiyyələrinin büdcə gəliri 1.325.900 manat olmuşdu.
əldə edilən vəsaitin isə 35.8 faizi yəni (396.300 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Quba rayonunda formalaşan 34 bələdiyyə ötən il ərzində 143.300 manatlıq əmlak vergisi, 155.300 manatlıq torpaq vergisi, 305.400 manatlıq mədən vergisi, 8300 manatlıq sanatoriya rüsumu toplaya biliblər.
əlavə edək ki, ən şox azalma mədən vergisinin toplanılmasında baş verib. Belə ki, 2019-cu ildə 502.800 manat qarşl ötən il 305.400 manatlıq mədən vergisi toplanılıb.
Qeyd edək ki, il ərzində bələdiyyələrə 84.400 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Ötən il Quba bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiələrdən hər hansı maliyyə vəsaiti daxil olmayıb, bu qurumlar habelə il ərzində dayanacaq rüsumu da toplaya bilməyiblər.
Büdcə gəlirləndə digər istiqamətlərdən 15.100 manat vəsaiti daxil olub.
Belediyye.info