Quba rayonunda formalaşan 34 bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 114.108 manat borcu vardır.
Bu barədə Belediyye.infoya daxil olan məlumata görə, yalnız ispik və Suduk bələdiyyəsinin DSMF-yə borcu yoxdur.
Digər bələdiyyələrdən isə Hacıhüseynli bələdiyyəsinin 16.062 manat, Qəçreş bələdiyyəsinin 12.165 manat, Barlı bələdiyyəsinin 11.939 manat, Talabıqışlaq bələdiyyəsinin 10.085 manat borcu vardır.
Bununla yanaşı Timiryazev bələdiyyəsinin 7.897 manat, Tüləkəran bələdiyyəsinin 6.700 manat, Zərdabi bələdiyyəsinin 2.393 manat, Alekseyevka bələdiyyəsinin 3.870 manat, Cici-Səbətlər bələdiyyəsinin 6.983 manat, Digah-Xucbala bələdiyyəsinin 5.758 manat, əlik bələdiyyəsinin 7.041 manat, Xaltan bələdiyyəsinin 6.123 manat, Rustov bələdiyyəsinin 1.758 manat, Birinci Nügədi bələdiyyəsinin 2.721 manat borcu vardır.
Barlı bələdiyyəsinin sədri Kərim Məmmədov Belediyye.infoya rəhbərlik etdiyi bələdiyyənin həqiqətən 12 min manata yaxın borcu olduğunu təsdiq edib.
Qeyd edək ki, DSMF-yə borc olduğundan bələdiyyələrin bank hesablarınada sərəncam qoyulub.
Belediyye.info