"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Quba bələdiyyəsi yeni layihəyə start verib

--2021-11-03 / 14:52

Quba bələdiyyəsi yeni layihəyə start verib – bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədn daxil olub. Məlumatda bildirlir ki, gənclərin asudə vaxtının səmərəli təşkili və təhsilinin artırılması məqsədilə rayon ərazisində yaşayan gənv və yeniyetmələrə pulsuz alman dili dərsləri tədris olunacaq. Bundan əlavə olaraq tədris prosesini müvəffəqiyyətlə bitirən gənclərdən müsabiqə nəticəsində qaliblər seçilərək Almaniya dövlətinə pulsuz təhsil almaq ücün göndəriləcək.

Məlumatda daha sonra bildirilir ki, tətbiq edilən sosial layihə inkisaf etdirilərək digər sahələridə əhatə edəcək belə ki idman səhiyyə, kənd təsərrüfatı, aspazləq, peşə sahələri və digər sahələrdə də pulsuz kurslar təşkil ediləcək kursları bitirən gənclərə muvafiq olaraq sertifikatlar veriləcək, eyni zamanda ölkə daxilində və ölkə xaricində işlə təmin olunmaqlarına şərait yaradılacaq.

Belediyye.info

ŞƏRHLƏR